10:45 - 5.02.2025
5 fevral, Fineko/abc.az. Yaponiyanın avtomobil istehsalçıları “Nissan” və “Honda” dekabr ayında elan etdikləri birləşməni təxirə salırlar.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məqalə dərc edib.
Müqaviləyə əsasən, şirkətlər bərabər şərtlərlə bir holdinqə daxil olmalıdır, lakin “Honda” bu yaxınlarda yeni təkliflə çıxış edib.
Təklifə görə, “Nissan” “Honda”nın törəmə şirkəti olacaq. Gözləndiyi kimi, “Nissan” bu təkliflə razılaşmayıb. Yekun qərar hələ verilməyib və şirkətin direktorlar şurası məsələni müzakirə etmək üçün çərşənbə günü toplaşacaq.
Sözügedən holdinq 2026-cı ildə yaradılacaq. “Mitsubishi” (“Nissan” onun səhmlərinin 24%-nə sahibdir) də birləşmədə iştirak edə bilər.