2024-cü ildə minik avtomobillərinin orta qiyməti 10,6 faiz artıb

15:15 - 3.02.2025


3 fevral, Fineko/abc.az. 2023-cü ilin göstəricisi ilə müqayisədə 2024-cü ildə minik avtomobillərinin orta qiyməti 10,6 faiz artaraq 54 min 923 manata bərabər olub.

ABC.AZ xəbər verir ki, bu tendensiya göstərir ki, ölkəyə gətirilən avtomobillərin orta qiyməti son illərdə əhəmiyyətli dərəcədə yüksəlib.

Bu, tələbatın dəyişməsi, qlobal iqtisadi faktorlar və avtomobil bazarındakı ümumi qiymət artımı ilə bağlı ola bilər.

Son 5 ildə ölkəyə gətirilən minik avtomobillərinin böyük qismini yanacaq mühərrikli minik avtomobilləri təşkil etsə də, 2024-cü ildə ekoloji təmiz minik avtomobillərinin ümumi minik avtomobillərinin idxalında payı rekord həddə, yəni 35,45 faizə çatıb.

Azərbaycana idxal olunan minik avtomobilləri arasında yanacaq mühərrikli minik avtomobillərinin payı ilk dəfə olaraq 80 faizdən aşağı, yəni 64,55 faiz təşkil edib.

Qeyd olunub ki, ekoloji təmiz minik avtomobillərinə tətbiq olunan vergi və gömrük güzəştləri, həmçinin bu növ avtomobillərin yol xərclərinin az olması onların sayının sürətlə artmasına gətirib çıxarır.