Neftin qiyməti 2 dollar bahalaşacaq - Proqnoz

11:47 - 31.01.2025


31 yanvar, Fineko/abc.az. 2025-ci ildə “Brent” markalı neftin qiyməti 2 dollar/barel artacaq və 78 dollar/barel təşkil edəcək. Bank 2026-cı il üçün proqnozu 73 dollar/barel səviyyəsində qiymətləndirilir.

ABC.AZ xəbər verir ki, bu barədə “Goldman Sachs”ın dünən dərc edilən araşdırma notunda məlumat qeyd edilib.

Notda vurğulanıb ki, ABŞ-nin siyasətində qeyri-müəyyənlik yüksək olaraq qalsa da, OPEC+ ölkələrinin hasilat potensialının məhdudlaşdırılması, Vaşinqtonun enerji üstünlüyünü və münasib qiymətləri təmin etmək istəyi, o cümlədən Amerikanın neft ehtiyatlarının strateji idarə olunması neft qiymətlərini 70-85 dollar/barel diapazonunda saxlayacaq.