10:20 - 16.01.2025
16 yanvar, Fineko/abc.az. “WhatsApp” messenceri müxtəlif kamera effektləri, daha sürətli reaksiyalar və selfi stikerləri də daxil olmaqla bir sıra yeni funksiyalar gətirən yeniləmə təqdim edib. Sonuncuları digər istifadəçilərə göndərilə bilər.
ABC.AZ xəbər verir ki, indi şəxsi və qrup söhbətlərində foto və ya videomesaj göndərərkən 30-dan çox fon, kamera effekti və stikerlərdən istifadə etmək mümkündür.
Reaksiya qoymaq üçün isə mesajın üzərinə iki dəfə klikləmək, görünən menyudan istədiyiniz emojini seçmək kifayətdir.
10 Avqust 2026