15:32 - 9.01.2025
9 yanvar, Fineko/abc.az. Şiddətli meşə yanğını NASA-nı avtomatik kosmik gəmilərdən istifadə edərək aparıcı planet Tədqiqat Mərkəzini müvəqqəti bağlamağa məcbur edib.
ABC.AZ xəbər verir ki, söhbət, Los Ancelesin şimalındakı San Gabriel dağlarının ətəyində yerləşən Jet Propulsion Laboratoriyasından (JPL) gedir. Tədqiqat Mərkəzinin yüzlərlə əməkdaşı evlərindən təxliyə edilib və yanvarın 9-na olan məlumata görə, artıq 400 hektar ərazi yanıb.
JPL federal büdcədən maliyyələşdirilir, lakin Pasadena'daki Kaltex (Caltech) texnologiya institutu tərəfindən idarə olunur. Laboratoriya NASA-nın bir sıra mühüm elmi ekspedisiyalarını idarə edir, onların arasında Perseverance və Curiosity Marsda hərəkət edən aparatlar, həmçinin bu yaxınlarda Yupiterin okean peyki olan Avropanı araşdırmaq üçün buraxılan Europa Clipper planetlərarası zondu var.
10 Avqust 2026