10:30 - 7.01.2025
7 yanvar, Fineko/abc.az. Rusiyada sürücülər sükan arxasında elektron siqaret, qəhvə, enerji içkiləri, şaurma və digər qəlyanaltılara görə cərimələnə bilərlər.
ABC.AZ xəbər verir ki, kamera əldəki əşyaları təhlükəli maneə hesab edə bilər.
Yol hərəkəti qaydalarının 2.7-ci bəndinə edilən yeni düzəlişlərə görə, avtomobil hərəkət edərkən sürücünün əlləri tamamilə sərbəst olmalıdır, buna görə yaxın gələcəkdə kameralar sükan arxasında vətəndaşların əlindəki əşyaları və obyektləri qeyd etməyə başlayacaq. Hazırda ölkədə sürücülərə sükan arxasında telefondan istifadə etmək qadağan edilib.
Hazırda layihə artıq razılaşdırılıb və imzalanmasını gözləyir. Pozuntuya görə sürücülər cərimə ilə üzləşəcəklər.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026