“Güzəştli mənzil” sisteminin təkmilliyi üçün 1,6 milyon manat xərclənəcək

14:39 - 27.12.2024


27 dekabr, Fineko/abc.az. “MİDA” MMC “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, “Güzəştli mənzil” sisteminin fasiləsiz və dayanıqlı işinin təmin edilməsi üçün 24/7 texniki dəstək və süni intellekt əsaslı monitorinq həllinin tətbiqi xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Müqavilənin dəyəri isə 1 569 400 AZN təşkil edir.