10:32 - 26.12.2024
26 dekabr, Fineko/abc.az. Dünyada 5G mobil abunəçilərinin sayı üçüncü rübdə 163 milyon artaraq 2.1 milyarda çatıb.
ABC.AZ xəbər verir ki, bu İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson”un hesabatında öz əksini tapıb. Şirkətin proqnozuna görə, 2024-cü ilin sonuna qədər təqribən 2.27 milyard olacaq, beləliklə, dünyada bütün mobil abunəçilərin dörddə birindən çoxu 5G abunəçilərinin payına düşəcək.
2030-cu ildə bu rəqəmin 6.35 milyarda çatacağı gözlənilir ki, bu da ümumi mobil abunəçilərin 67%-ni təşkil edir. Eyni zamanda, 5G mobil trafikin təxminən 80%-ni təşkil edəcək.
“Ericsson” həmçinin 2030-cu ildə 6G standartının tətbiqini proqnozlaşdırır. Üçüncü rübdə 4G abunəçilərinin sayı 69 milyon nəfər azalaraq 5.1 milyarddan aşağı düşüb.
10 Avqust 2026