Yanvarın 1-dən İsraildə elektron giriş icazəsi məcburi olacaq

17:29 - 25.12.2024


25 dekabr, Fineko/abc.az. İsrailə vizasız rejim haqqında sazişi olan ölkələrin vətəndaşları üçün elektron icazənin (Electronic Travel Authorization, ETA-IL) ilkin qeydiyyatı 2025-ci ilin əvvəlindən məcburi olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə, səyyahların diqqətini fırıldaqçılar tərəfindən İsrail dövlətinə giriş icazələrinin verilməsi ilə əlaqəli saxta saytların yaradılması hallarının artmasını qeyd edərək, İsrail Turizm Nazirliyi xatırladıb.