“X” sosial şəbəkəsi abunəlik qiymətləri artırdı

14:52 - 25.12.2024


25 dekabr, Fineko/abc.az. “X” sosial şəbəkəsi dekabrın 21-dən “Premium+” abunə qiymətini aylıq 22 dollara qədər artırıb.

ABC.AZ xəbər verir ki, şirkətdən məlumatı təsdiqləyiblər. Bildiriblər ki, cari abunəçilər 20 yanvar tarixinə qədər “Premium+” abunəliyindən eyni şərtlərlə istifadə etməyə davam edə bilərlər.

Artan abunə qiymətindən əldə edilən gəlirin bir hissəsi platformadakı məzmun müəlliflərinə göndəriləcək. Şirkət həmçinin abunə qiymətlərini artırmaqla reklamçılardan asılılığı azaltmaq istəyir. Dəyişikliklər hələlik yalnız seçilmiş ölkələrdə görünəcək.