NASA üç günəş zondunun buraxılışını bir neçə aya ləngidir

16:01 - 24.12.2024


24 dekabr, Fineko/abc.az. Günəş küləyini və ulduzlararası mühiti öyrənmək üçün hazırlanmış IMAP kosmik gəmisinin buraxılması yaz aylarından payıza keçirilib.

ABC.AZ xəbər verir ki, onunla birlikdə daha iki zond kosmosa çıxarılmalıdır.

Bu, ilk təxirə salma deyil, NASA-da deyirlər ki, aparatın bütün sistemlərini hazırlamaq üçün daha çox vaxt lazımdır.