Zamanoglu Logistics nizamnamə kapitalını artırır

11:13 - 24.12.2024


24 dekabr, Fineko/abc.az. "Zamanoglu Logistics" MMC (VÖEN: 1007275851) nizamnamə kapitalını artırır.

ABC.AZ xəbər verir ki, şirkət kapitalını 461 min 100 manat dəyərindən 681 min 100 manata dəyərinə artırır.

Qeyd edək ki, ilin əvvəlində logistika şirkəti nizmanamə kapitalını 100 min manatdan 241,1 min manata çatdırmışdı. Dekabrın əvvəlindən isə 241,1 min manatdan 461,1 min manata yüksəltmişdi.