“Instagram”da yeni alət - Bu üsulla geyimi dəyişmək olacaq

10:23 - 20.12.2024


20 dekabr, Fineko/abc.az. “Instagram” 2025-ci ildə istifadəçilər üçün fotolarda geyim və fonu dəyişməyə, həmçinin videolara obyektlər əlavə etməyə imkan verən yeni süni intellekt alətlərini işə salacaq.

Bu barədə sosial şəbəkənin rəhbəri Adam Mosseri bildirib.

ABC.AZ xəbər verir ki, bu barədə “The Verge” dərgisi yazı hazırlayıb.

Qeyd edilib ki, alətlər “Meta”nın 2024-cü ilin oktyabrında təqdim etdiyi “Movie Gen” modelinə əsaslanır. Süni intellekt, digər şeylərlə yanaşı, mətn sorğusu əsasında “fərdiləşdirilmiş” videolar da yaradacaq.

Mosseri alətlərin necə işlədiyini nümayiş etdirib. Çıxış zamanı onun geyimi və fonu dəyişib, hətta boynunda zəncir və yanında begemot peyda olub.