15:51 - 17.12.2024
17 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ xəbər verir ki, AMB-nin məlumatına görə, dekabrın 17-də valyuta hərracında bankların tələbi 73,6 milyon dollar təşkil edib və tam təmin edilib.
AMB-nin məlumatına görə, bu, ötən hərracdan 3,6 milyon dollar (5,14%) çoxdur. Dekabrın 12-də keçirilən valyuta hərracında AMB banklara 70,0 milyon dollar satıb.
Valyuta hərracının yekunları üzrə ortaçəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.