09:20 - 16.12.2024
16 dekabr, Fineko/abc.az. Ötən həftənin sonundakı artımdan sonra bazar ertəsi ticarətində etalon markalarlın qiyməti aşağı düşür.
Brent markalı neftin fevral fyuçersləri ICE Futures birjasında saat 09:15-ə qədər $0,30 (0,40%), bir barelə $74,19-a düşüb. Dekabrın 13-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $1,08 (1,47%) artaraq bir barelə $74,49-a çatıb.
Saat 09:15-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçersləri $0,82 (1,15%) azalaraq bir barelə $70,47-a düşüb. Dekabrın 13-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $1,27 (1,81%) artaraq bir barelə $71,29-a çatıb.
Ötən həftə Brent markalı neft 4,74%, WTI nefti isə 6,09% bahalaşıb.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026