"BP" və "Shell" elektrik enerjisi sektoruna investisiyaları azaldıb, ya artırıb?

15:47 - 11.12.2024


11 dekabr, Fineko/abc.az. Böyük Britaniyanın "BP" və "Shell" şirkətləri zəif irəliləyişdən və bərpa olunan enerjiyə dair geniş yayılmış şübhədən sonra elektrik enerjisi sektorunda iddialı məqsədlərdən imtina etmək qərarına gəliblər. 

ABC.AZ xəbər verir ki, bu barədə “Financial Times”da məqalə dərc olunub. 

Məlumata görə, şirkətlər elektrik enerjisi sektoruna investisiyaları azaldır.

Halbuki, neft nəhəngləri beş il ərzində belə məqsədlərə 18 milyard dollar xərcləyib.

Bir neçə il əvvəl "Shell" dünyanın ən böyük elektrik enerjisi şirkəti olmağı qarşısına məqsəd qoyub. "BP", öz növbəsində, onilliyin sonuna qədər yaşıl enerjiyə xərcləri 10 dəfə artıraraq ildə 5 milyard dollara çatdırmağı və bərpa olunan enerji biznesini 20 dəfə artırmağı öhdəsinə götürüb.

Bununla belə, "BP" və "Shell" bu il səhmlərinin müvafiq olaraq 16% və 2%-dən çox azalması fonunda investisiyaları azaltmağı planlaşdırır.