15:22 - 9.12.2024
9 dekabr, Fineko/abc.az. Hindistanda milyarderlərin ümumi sərvəti son 10 ildə üç dəfə artıb.
ABC.AZ xəbər verir ki, İsveçrənin ən böyük maliyyə holdinqi "UBS Group"-dan bildirilib. Belə ki, hindistanlı milyarderlərin ümumi sərvəti 10 ildə artıb və bu ilin aprelinə qədər 905,6 milyard dollara çatıb.
"UBS Group"dan bildirilib ki, respublikada belə insanların sayı il ərzində iki dəfədən çox artaraq 300-ə yüksəlib. Hazırda ölkədə 1 milyard dollardan çox kapitalı olan 108 rəsmi qeydiyyatdan keçmiş ailə biznesi müəssisəsi var. Hindistan bu göstəriciyə görə dünyada üçüncü ölkədir.
Ailə biznesləri Hindistanın iqtisadi artımında mühüm rol oynayır. Hindistanlı milyarderlərin sayının artmasına urbanizasiya, sənaye istehsal gücünün artımı və Hindistanın yaşıl enerjiyə keçidi kimi amillər təkan verib. Hindistanlılara milyonlarla dollarlıq sərvət gətirən sahələr isə enerji, əczaçılıq və daşınmaz əmlak bazarıdır.
Müəllif: Elmir Murad