14:07 - 23.11.2026
23 noyabr, Fineko/abc.az. Nazirlər Kabineti "Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Fərmanın icrası ilə əlaqədar bəzi qərarlara dəyişiklik edib.
Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstərişin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsi tələbi ləğv olunub.
Qaydaya əsasən, əlilliyin qiymətləndirilməsi səlahiyyətli həkim-məsləhət və ya hərbi-həkim komissiyalarının elektron reyestrə daxil etdiyi göndəriş əsasında aparılır və altsistemə ötürülür. Qəbul edildikdən sonra komissiya, təsdiqləyən vəzifəli şəxslər və şəxsin kimliyini göstərən məlumatlar şifrələnərək adsızlaşdırılır və Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin tibbi-sosial ekspert komissiyalarına (TSEK) göndərilir.
TSEK qiymətləndirmə və müəyyən edilməsi və ya imtina barədə qərarı ən çoxu 10 iş gününədək qəbul edir; əlavə araşdırma zəruri olduqda Agentlik bu müddəti 15 iş gününədək uzada bilər. Komissiya sədri və üzvləri rəylərini altsistemdəki xüsusi pəncərədə ayrı-ayrılıqda qeyd edərək gücləndirilmiş elektron imza ilə təsdiqləyirlər.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026