“Real Madrid” “Adidas” və “Emirates” ilə uzunmüddətli müqavilələri uzadıb

17:24 - 11.06.2026


11 iyun, Fineko/abc.az. “Real Madrid” “Adidas” ilə əməkdaşlığını 2034-cü ilin yayına qədər uzadıb. Alman brendi klubun texniki sponsoru olaraq qalacaq. Maliyyə şərtləri açıqlanmasa da, müqavilənin ildə təxminən 120 milyon avro dəyərində olduğu bildirilir.

ABC.AZ xəbər verir ki, klub prezidenti Florentino Peres bu razılaşmanı futbol tarixinin ən əhəmiyyətlilərindən biri adlandırıb.

Eyni zamanda Madrid klubu “Emirates” ilə də beş mövsümlük yeni müqavilə imzalayıb. Şirkət 2013-cü ildən klubun əsas sponsoru və rəsmi aviaşirkəti olaraq fəaliyyət göstərir. Müqavilənin ümumi dəyəri təxminən 500 milyon avro qiymətləndirilir.