14:18 - 24.07.2026
24 iyul, Fineko/abc.az. ABŞ-ın proqnoz bazarı platforması "Kalshi" 2026-cı il FIFA Dünya Çempionatı ərzində 27 milyard dollar əməliyyat həcmi və təxminən 3 milyon yeni istifadəçi qazanaraq gözləntiləri iki dəfə üstələyib.
Şirkət turnirdən əvvəl 13 milyard dollar ticarət həcmi və 1,5 milyon istifadəçi proqnozlaşdırırdı. 48 komandanın iştirakı ilə keçirilən və İspaniyanın çempionluğu ilə yekunlaşan turnir FIFA tarixinin ən gəlirli Dünya Çempionatı olub.
"Kalshi" və "Polymarket" kimi proqnoz platformaları 2024-cü il ABŞ prezident seçkilərindən sonra idman və siyasi hadisələrə olan maraq fonunda populyarlığını kəskin artırıb.