19:30 - 23.06.2026
23 iyun, Fineko/abc.az. Fransanın Bezann şəhərində 3D çap texnologiyası ilə inşa edilən dünyanın ən böyük çoxmənzilli yaşayış binasının tikintisi başa çatıb.
ABC.AZ xəbər verir ki, 12 mənzilli üçmərtəbəli bina cəmi 34 günə inşa olunub.
Texnologiya tikintini sürətləndirməyə, xərcləri və ekoloji yükü azaltmağa imkan verib: tullantılar, daşımalar və səs-küy azalıb. Bina həm də enerji baxımından səmərəlidir və qismən günəş panelləri hesabına özünü təmin edir.
Layihə ənənəvi tikintidən təxminən üç ay daha sürətli başa çatdırılıb və iki dəfə az işçi tələb edib. Gələcəkdə texnologiyanın 40 mənzilli daha böyük layihədə tətbiqi planlaşdırılır.
24 İyun 2026
24 İyun 2026
24 İyun 2026
22 İyun 2026
22 İyun 2026