Bu ölkədə bir neçə populyar anime saytı bloklandı

11:35 - 5.12.2024


5 dekabr, Fineko/abc.az. Bir neçə iri anime portalı Rusiyadakı izləyicilər üçün bağlandı. Bunlara janrın pərəstişkarları arasında populyar olan AnimeGO, AniMedia, jut.su və YummyAnime portalları daxildir. Eyni zamanda, digər ölkələrdən bu portallar əvvəlki kimi açılır.

ABC.AZ xəbər verir ki, məlumatlara görə, animego.org, jut.su, yummyanime.tv və amedia.site saytları "məlumat, informasiya texnologiyaları və məlumatların qorunması haqqında" 27.07.2006-cı il tarixli №149-ФЗ saylı Federal qanunu əsasında Roskomnadzor qadağan edilmiş mənbələr Reyestrinə daxil edilmişdir.

Bloklanmanın konkret səbəbi açıqlanmır.