12:19 - 2.12.2024
2 dekabr, Fineko/abc.az. ABŞ-da “Qara Cümə” satışlarının balansı açıqlanıb.
Ölkədə pərakəndə satış həcmi ötən illə müqayisədə 3,4 faiz artıb. İnternet satışlarında artım nisbəti yüzdə 14,6-ya çatıb. Adobe Analytics, internet xərclərinin 10,8 milyard dollar olduğunu bildirib.
ABC.AZ xəbər verir ki, amerikalı istehlakçılar ölkədə “Qara Cümə” adlanan Şükran günündən sonrakı ilk cümə günü mağazaların təklif etdiyi endirimlərə və promosyonlara biganə qala bilməyiblər.
Mastercard SpendingPulse-in ilkin məlumatlarına görə, avtomobil istisna olmaqla, pərakəndə satışlar bu il keçən ilin eyni günü ilə müqayisədə 3,4 faiz artıb. Onlayn satışlar 14,6 faiz artarkən, mağaza satışları 0,7 faiz artıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026