Daha 314 obyektdə ödənişlərin "kartdan-karta" olduğu aşkarlandı

15:20 - 28.11.2024


28 noyabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirir.

ABC.AZ xəbər verir ki, nəzarət tədbirləri zamanı indiyədək 314 pərakəndə ticarət və iaşə obyektində nağdsız ödənişlərin qəbulundan imtina halları müəyyənləşdirilib, 50-dən çox sahibkarlıq subyektində POS-terminalların quraşdırılmadığı aşkarlanıb.

Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.