10:16 - 26.11.2024
26 noyabr, Fineko/abc.az. Almaniyanın ən böyük polad istehsalı şirkəti “ThyssenKrupp” böyük ixtisara gedəcəyini açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkət 2030-cu ilə qədər özünün “Steel Europe” bölməsində 11 min işçini ixtisar etmək niyyətindədir. Bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Şirkətdən bildirilib ki, Asiyadan artan ucuz idxal onun rəqabət qabiliyyətinə əhəmiyyətli təsir göstərir.
Müəllif: Elmir Murad
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026