15:13 - 21.11.2024
21 noyabr, Fineko/abc.az. Azərbaycanda cəmi bir qəpik sosial sığorta ödənişi olan şəxsə minimum pensiya verilir.
ABC.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, vətəndaş heç vaxt işləməyib, ya da qeyri-formal işləyibsə, ona pensiya verilməyə bilərdi:
“Nəticədə 300 min pensiyaçı sosial sığorta ödənişləri olmadığından 110 manatdan çox pensiya almayacaqdı. Ancaq sosial sığorta amnistiyası tətbiq olundu. Bu da ən böyük amnistiyalardan biridir və 2025-ci ilədək uzadılmışdı. 2026-cı ildən isə cəmi bir il sosial sığorta stajı olan şəxsə pensiya veriləcək, bir sözlə, 24 il ona hədiyyə ediləcək”.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026