17:16 - 20.11.2024
20 noyabr, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, “Roskosmos” tərəfindən göstərilən kosmik xidmətlər ödənilməlidir ki, dövlət korporasiyasının bazarı olsun. ABC.AZ xəbər verir ki, o, Rusiya Baş nazirinin birinci müavini Denis Manturovla görüşdə belə bir fikir söyləyib.
“Bu xidmətlər üçün satış bazarımız olmazsa, büdcə pulumuz çatmaz" , — Putin deyib.
Manturov bu xidmətlərin "kosmik fəaliyyət haqqında" qanuna dəyişikliklər nəzərə alınmaqla pullu olacağına əmin edib. Onun sözlərinə görə, bu, bütün qurumlara aid olacaq ki, onlar öz büdcələrini formalaşdırsınlar.
“Aydındır ki, hər hansı bir qurumun rəhbəri xərclərini minimuma endirmək istəyir, hər kəs “Roskosmos”dan və nəticədə büdcədən pulsuz xidmətlər almaq istəyir. Özləri ödəsələr, bu xidmətlərdən səmərəli istifadə edəcəklər və Roskosmosun bazarı olacaq”, — deyə o bildirib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026