Latın Amerikasında yoxsulluq səviyyəsi azalıb, ya artıb?

10:28 - 18.11.2024


18 noyabr, Fineko/abc.az. 2024-cü ildə Latın Amerikasında yoxsulluq səviyyəsi xeyli azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat Latın Amerikası və Karib Regionu İqtisadi Komissiyasının hesabatında öz əksini tapıb.

Komissiyanın məlumatına görə Latın Amerikası əhalisinin 26,8 faizi, yaxud 170 milyon nəfər yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Bu da, 2023-cü illə müqayisədə 0,5 faiz azalma deməkdir. Sözügedən kateqoriyadan olan insanların gəlirləri onların fundamental ehtiyaclarını ödəməyə kifayət etmir.

Hesabat müəllifləri bildirib ki, Latın Amerikası yoxsulluğun azaldılması istiqamətində çox ciddi irəliləyiş əldə edib.