12:26 - 5.11.2024
5 noyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin Azərbaycana tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz azalaraq, 41,3 milyon dollara bərabər olub.
ABC.AZ xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyə Azərbaycana 5,5 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 15,1 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin tekstil məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 7,8 milyard dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 842 milyon dollar məbləğində tekstil məhsulları ixrac edib ki, bu da keçən oktyabr ayı ilə müqayisədə 0,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
11 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026