16:50 - 24.10.2024
24 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, "Paşa Bank"-ın açıqladığ maliyyə göstəricilərində bankın problemli kreditlərinin artdığı məlum olub.
ABC.AZ xəbər verir ki, 3-cü rübdə problemli kreditlərin böyük hissəsi kənd təsərrüfatının payına düşüb – 33,3 milyon manat. Bu da ötən ilin sonu ilə müqayisədə 12,1 milyon manat (57,1%) artıb.
Sənayenin digər sahələrində isə problemli kreditlərin həcmi 19,2 milyon manat (2,8 dəfə) artaraq 29,6 milyon manata yüksəlib.
Emal sənayesində problemli kreditlərin məbləği 10,3 milyon manat (2,1 dəfə artaraq) 19,3 milyon manata çatıb.
Fiziki şəxslərin istehlak və ipoteka məqsədi ilə aldığı kreditlərin problemli olan hissəsi 1,1 milyon manat (18%) artaraq 7,1%-ə yüksəlib.
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026