Azərbaycanda yeni kanal fəaliyyətə başlayır?

16:52 - 18.10.2024


18 oktyabr, Fineko/abc.az. Azərbaycanda audiovizual media subyektlərinin sayı 95-ə çatıb.

Audiovizual Şuradan ABC.AZ-a verilən məlumata görə, Şuranın müvafiq qərarları ilə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi - "Kontakt TV" lisenziyaları verilib.

Bundan başqa, "Səs TV" və "Biznes TV" peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub.

Qeyd edilib ki, yeni lisenziyaların verilməsindən sonra Azərbaycan Respublikasında audiovizual media subyektlərinin sayı 95-ə (135 lisenziya fəaliyyəti ilə) çatıb.

Hazırda Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən 42 televiziya və 21 radio kanalı, 5 sifarişli yayım xidməti provayderi, 2 multipleks operatoru, 53 platforma operatoru mövcuddur.