15:52 - 17.10.2024
17 oktyabr, Fineko/abc.az. Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi təmir edilib.
AAYDA-dan ABC.AZ-a daxil olan məlumata görə, təmir işləri küçənin Mərkəzi Nəbatat Bağının qarşısında yerləşən dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək olan təqribən bir km-lik hissəsində icra olunub:
“Qeyd edək ki, təmir işləri aidiyyəti qurumlarla razılaşdırılmış şəkildə və yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı aparılıb.
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin aidiyyəti qurum tərəfindən avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.
Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib”.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026