Son 9 ayda 186 ölkədən Azərbaycana turist gəlib

14:38 - 17.10.2024


17 oktyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 186 ölkəsindən 1983.3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 28,4 faizi Rusiya Federasiyası, 16,2 faizi Türkiyə, 9,1 faizi Hindistan, 8,1 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 2,9 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan, Çin və Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,4 faiz olmaqla Küveyt və Ukrayna, hər birindən 1,2 faiz olmaqla İsrail və Türkmənistan, 1,1 faizi Oman, 1,0 faizi Belarus, 11,3 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,8 faizini kişilər, 33,2 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,3 dəfə, Cənubi Koreyadan – 2,0 dəfə, Çindən – 1,9 dəfə, İspaniyadan – 1,9 dəfə, Filippindən – 1,6 dəfə, Qırğızıstandan – 1,6 dəfə, Qazaxıstandan – 1,6 dəfə, Pakistandan – 1,5 dəfə, Omandan – 1,5 dəfə, İordaniyadan – 41,3 faiz, İrandan – 38,4 faiz, İtaliyadan – 36,2 faiz, Polşadan – 35,7 faiz, Türkmənistandan – 30,2 faiz, Səudiyyə Ərəbistanından – 28,1 faiz, Yəməndən – 25,3 faiz, ABŞ-dan – 21,8 faiz, Almaniyadan – 21,6 faiz, Özbəkistandan – 20,8 faiz, Misirdən – 20,1 faiz, Rusiya Federasiyasından – 18,4 faiz, Ukraynadan – 18,2 faiz, Türkiyədən – 17,2 faiz, Fransadan – 17,0 faiz, Küveytdən – 16,4 faiz, Moldovadan – 12,3 faiz, Tacikistandan – 11,2 faiz, Gürcüstandan – 10,6 faiz, Böyük Britaniyadan – 10,0 faiz, Bəhreyndən – 10,0 faiz artıb.