Neft bahalaşır, Brent bir barel üçün $74,47 təşkil edir

09:45 - 17.10.2024


17 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ardıcıl dörd sessiyadan sonra azaldıqdan sonra cümə axşamı hərracda yüksəlir.

Brent markalı neftin dekabr ayı üçün ICE Futures birjasında qiyməti saat 09:42-də $0,25 (0,34%) artaraq bir barelə $74,47-a yüksəlib. Oktyabrın 16-da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin dekabr fyuçersləri $0,03 (0,04%) ucuzlaşaraq bir barel üçün $74,22-a düşüb.

Saat 09:42-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçerslərinin qiyməti saat $0,28 (0,40%) artaraq bir barel üçün $70,67-a yüksəldi. Oktyabrın 16 - da aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr ayı üçün neft fyuçersləri $0,19 (0,27%) - bir barel üçün $70,39-ə qədər ucuzlaşıb.