11:02 - 16.10.2024
16 oktyabr, Fineko/abc.az. “Apple” şirkəti süni intellekt xüsusiyyətlərinə malik A17 çipli yeni iPad mini planşetini təqdim edib.
ABC.AZ xəbər verir ki, 2021-ci ildən bu model “mini” xəttinin ilk yeniləməsi olub.
Planşetin 8.3 düymlük ekran, 12 MP-lik arxa kamera və HDR 4 texnologiyasını alıb. Yeni iPad mini modeli oktyabrın 23-də ABŞ-də satışa çıxarılacaq, 128 GB yaddaşa malik planşetin qiyməti ən azı 499 dollar olacaq. Qadcet mavi və bənövşəyi, eləcə də açıq və tünd boz rənglərdə təqdim ediləcək.
NASDAQ birjasında AAPL qiymətli kağızları dünən Bakı vaxtı ilə saat 18:05-də 2.67% artaraq tarixi rekorda – 237.49 dollara çatıb.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026