12:27 - 10.10.2024
10 oktyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz azalaraq, 45,6 milyon dollara bərabər olub.
ABC.AZ xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə Azərbaycana 6,4 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 10,7 faiz azdır.” – deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz azalaraq, 13,6 milyard dollara bərabər olub. (Trend)
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026