“Kaspersky” Britaniyadakı ofisini bağlayır

11:19 - 9.10.2024


9 oktyabr, Fineko/abc.az. Rusiyanın kibertəhlükəsizlik nəhəngi “Kaspersky” ofislərindən birini bağlamaq qərarına gəlib.

ABC.AZ xəbər verir ki, şirkətin bağlayacağı ofis Böyük Britaniyada yerləşir.

Bundan əvvəl isə şirkət ABŞ-dakı ofisində onlarla işçisini işdən azad etmişdi. 

Qeyd edək ki, iyun ayında Rusiya hökuməti ilə əlaqələrə dair iddialara görə, ABŞ hökuməti “Kaspersky” şirkətinin məhsullarının ABŞ bazarında satışını qadağan edib.

Buna görə də, “Kaspersky” yeni yaradılmış “UltraAV” antivirus şirkəti ilə əməkdaşlıq edərək ABŞ müştəri bazasını yeni bir şirkətə köçürüb.

Müəllif: Elmir Murad