10:19 - 9.10.2024
9 oktyabr, Fineko/abc.az. Türkiyədə “Discord” messencerinə giriş məhdudlaşdırılıb.
ABC.AZ xəbər verir ki, bu barədə ədliyyə naziri Yılmaz Tunç “X” sosial şəbəkəsindəki hesabında yazıb.
O bu addımı atmaqda əsas məqsədin gələcək nəsilləri zərərli paylaşımlardan qorumaq olduğunu açıqlayıb: "Gənclərimizi, uşaqlarımızı sosial şəbəkələrdə və internetdə zərərli paylaşımlardan qorumaq əzmindəyik.
Sosial quruluşumuzun təməllərini sarsıtmaq cəhdlərinə heç vaxt imkan verməyəcəyik”. Nazirin sözlərinə görə, məhkəmə uşaqlara qarşı cinsi zorakılıq və ədəbsizlik ilə bağlı şübhələrə görə “Discord”a girişi məhdudlaşdırmaq qərarına gəlib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026