16:00 - 8.10.2024
8 oktyabr, Fineko/abc.az. ABŞ-ın Türkiyə banklarını SWIFT sistemindən ayırması ilə bağlı təhdidləri Türkiyəni Rusiya ilə ticarəti azaltmağa məcbur edir.
ABC.AZ xəbər verir ki,bu barədə Türkiyənin "Vətən" Partiyasının sədr müavini Hakan Topkurulu oktyabrın 8-də bildirib.
"Türkiyə ABŞ-ın SWIFT sistemi və dollarla beynəlxalq ticarətə embarqo qoymaq təhlükəsi səbəbindən Vaşinqtonun təzyiqinə qarşı çıxa bilmir", — Topkurulu vurğulayıb. O xatırladıb ki, Türkiyə beynəlxalq ticarətdə əsasən ABŞ dollarından istifadə edir.
Xatırladaq ki, 2024-cü ilin avqust ayında Financial Times qəzeti ABŞ mallarının Rusiyaya ixracının davam edəcəyi təqdirdə Ankaranın xoşagəlməz nəticələrlə üzləşəcəyini yazmışdı. ABŞ ticarət nazirinin köməkçisi Metyu Akselrod isə Türkiyədən "Amerika texnologiyalarının Rusiyaya" axınının dayandırılmasını tələb edir.
Bununla yanaşı, Türkiyə rəsmi olaraq bəyan edir ki, anti-Rusiya sanksiyalarının aradan qaldırılması prosesində iştirak etmir.