12:39 - 8.10.2024
8 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.
ABC.AZ AMB-yə istinadən xəbər verir ki, oktyabrın 8-də baş tutan valyuta hərracında bankların tələbi 73,6 milyon dollar təşkil edib və tam təmin edilib.
AMB-nin məlumatına görə, bu, ötən hərracdan 5,4 milyon dollar (6,84%) azdır. Oktyabrın 3-də keçirilən valyuta hərracında AMB banklara 79,0 milyon dollar satıb.
Valyuta hərracının yekunları üzrə orta çəkili məzənnə 1,7000 AZN / USD təşkil edib.