10:23 - 8.10.2024
8 oktyabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Qurum tərəfindən ABC.AZ-a daxil olan məlumata görə, indiyədək ölkə ərazisində 101 min 605 ədəd yeni nəsil NKA quraşdırılıb.
Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Cari ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17,7 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7 milyard manatdan, yaxud 10,7 faizdən çoxdur.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026