Bakıda kafe və restoranlar 8 ayda 1 milyard manata yaxın pul qazanıblar

15:57 - 1.10.2024


1 oktyabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsinin həcmi  2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8.6 faiz artaraq 966,9 milyon manat olub.

ABC.AZ Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 580,3 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 60 faizini təşkil edib.