Banklarda hüquqi şəxslərin depoziti azalıb, fiziki şəxslərini artıb

10:47 - 27.09.2024


27 sentyabr, Fineko/abc.az. 2024-cü ilin bank sektorun əsas maliyyələşmə mənbəyi olan hüquqi şəxslərin depozitlərində azalma qeydə alınsa da, fiziki şəxslərin depozitlərində yüksək artım müşahidə edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü ilin I yarımili üzrə Maliyyə sabitliyi hesabatında qeyd edilir.

Cari ilin I yarımili ərzində hüquqi şəxslərin depozitləri 3% (663 mln. manat) azalaraq 21.3 mlrd. manat, fiziki şəxslərin depozitləri isə 10.3% (1.3 mlrd. manat) artaraq 13.9 mlrd. manat təşkil edib.

Nəticədə 2024-cü ilin I yarımilinin sonuna olan göstəricilərə əsasən hüquqi şəxslərin depozitlərinin öhdəliklərdə payı 2.7 f.b. azalaraq 48.3%, fiziki şəxslərin depozitlərinin öhdəliklərdə payı isə 2.3 f.b. artaraq 31.5% olub.