10:20 - 27.09.2024
27 sentyabr, Fineko/abc.az. 2024-cü ilin I yarımili ərzində Mərkəzi Bank pul siyasəti qərarlarının faiz kanalı ilə ötürücülüyünün yaxşılaşması fonunda inflyasiya proseslərinin tənzimlənməsi istiqamətində pul siyasəti həyata keçirib.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2024-cü ilin I yarımili üzrə Maliyyə sabitliyi hesabatında qeyd edilir.
Bu dövrdə faiz dəhlizinin parametrlərinə dair qərarlar əsasən inflyasiya faktorlarının dinamikası, pul siyasətindən kənar amillərin təsiri və məcmu tələb nəzərə alınmaqla verilmişdir.
Pul siyasətinə həsr edilmiş ilk 3 iclasda uçot dərəcəsinin 8%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 9%-dən 8.25%-ə, faiz dəhlizinin aşağı həddinin isə 6.5%-dən 6.25%-ə endirilməsi ilə bağlı qərarlar qəbul edilmiş, son iclasda isə faiz dəhlizinin parametrləri dəyişməz saxlanılıb.
Bu qərarlar pul siyasəti vasitəsilə məcmu tələbə və inflyasiya faktorlarına təsir göstərıb. 10 Avqust ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 7.28% olmaqla faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb.
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026