Azərbaycanda ödəniş kartları 18 milyonu keçdi

12:23 - 26.09.2024


26 sentyabr, Fineko/abc.az. Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 227 min ədəd artaraq 18 milyon 567 min ədəd təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.5% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 19.6%, kredit kartları üzrə 10.9% təşkil edib.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artıb.

Müəllif: Elmir Murad