16:49 - 25.09.2024
25 sentyabr, Fineko/abc.az. Rusiya qazının Qazaxıstan ərazisindən tranziti ötən illə müqayisədə xeyli artıb.
ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib.
"2023–cü ilin yekunlarına görə, Rusiya qazının Qazaxıstan Respublikası ərazisindən tranziti 1,28 milyard kubmetr, 2024-cü ilin yanvar-avqust aylarında tranzit 3,473 milyard kubmetr təşkil edib", - məlumatda belə deyilir.
17 Avqust 2026