17:14 - 20.09.2024
20 sentyabr, Fineko/abc.az. Azərbaycanın son 5 il ərzində xarici ölkələrə ixrac etdiyi elektrik enerjisinin həcmi məlum olub.
ABC.AZ Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, ayrı-ayrı göstəricilər üzrə ən çox elektrik enerjisi 2023-cü ildə ixrac edilib.
Ötən il ərzində 4,3 milyard kvt/saat elektrik enerjisi ixrac edilib. İxracdan 402,5 milyon dollar gəlir əldə olunub. Bu da hər min kvt/saat enerjinin dəyərinin 93 dollar və ya 158 manata başa gəlməsi deməkdir.
Bu ilin səkkiz ayın nəticələrinə görə isə 2023-cü ilin 8 ayı ilə müqayisədə gəlirlər 257,5 milyon dollar (5,5 dəfə), elektrik enerjisinin həcmi isə 1 milyard 830,3 milyon kvt/saat (2,8 dəfə) azalıb.
Cari ilin yanvar-avqust aylarında Azərbaycandan xaricə 57,5 milyon dollar dəyərində 1 milyard 18,7 milyon kvt/saat həcmində elektrik enerjisi ixrac edilib. Hər min kvt/saat enerjinin ixracı orta hesabla 56 dollar və ya 94 manat təşkil edib.
2020-ci ildən 2023-cü ilədək isə elektrik enerjisinin ixracında həm miqdar, həm də dəyər ifadəsi ilə artım müşahidə edilməkdədir.
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026