Kərəm Həsənovun Ağsuda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

14:10 - 21.08.2018


21 avqust, Fineko/abc.az. Komitədən bildirilib ki, vətəndaş qəbulu avqustun 25-də saat 10:00-da Ağsu şəhərində yerləşən Uşaq Yaradıcılıq Mərkəzində təşkil olunacaq. Qəbulda Ağsu rayonu ilə yanaşı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və ya komitənin aparatının (012) 490 24 08 (daxili 200 və 105), ƏMDK-nın Şamaxı ərazi şöbəsinin (02026) 5-10-76, 5-75-06 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı ərazi idarəsinin (02026) 5-01-07, (02022) 6-55-14 nömrələri ilə əlaqə saxlaya bilər.