21:35 - 17.08.2018
17 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi xarici iqtisadi fəaliyyət iştirakçılarının nəzərinə çatdırır ki, Qurban bayramı ilə əlaqədar olaraq, Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində avqustun 22-si və 23-ü qeyri-iş günləridir.
Lakin buna baxmayaraq, avqustun 23-də Bakı Baş Gömrük İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Avtonəqliyyat Baş Gömrük İdarəsi, Aksiz Baş Gömrük İdarəsi və Enerji Gömrük İdarəsi tam iş günündə fəaliyyət göstərəcək, idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamlarının müraciətləri əsasında mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi həyata keçiriləcək.
27 İyul 2026