14:51 - 16.08.2024
16 avqust, Fineko/abc.az. Bu il sentyabrın 3-də, 10-da və 17-də keçiriləcək hərraclara müxtəlif növ əmlaklar çıxarılıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən ABC.AZ-a bildirilib ki, sentyabrın 3-də keçiriləcək hərraca 17 nəqliyyat vasitəsi və texnika çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1985-2006-cı illəri əhatə edir.
Sentyabrın 10-da keçiriləcək hərraca 43 nəqliyyat vasitəsi, texnika, avadanlıqlar və 24,5 ton metal çiv çıxarılıb. Avtomobillərin buraxılış tarixləri 1985-2006-cı illəri əhatə edir.
Sentyabrın 17-də keçiriləcək hərraca isə kiçik dövlət müəssisəsi, 4 texnika və 9 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan “Bakı Beton Konstruksiyaları” MMC torpaq sahəsi ilə birgə özəlləşdirilir. İlkin satış qiyməti 7 milyon 380 min manat olan müəssisənin ümumi faydalı sahəsi 9267 kvadratmetr, torpaq sahəsi isə 64 min 483 kvadratmetrdir.
29 İyul 2026
29 İyul 2026
29 İyul 2026
28 İyul 2026
27 İyul 2026